Məktəblilərarası fənn müsabiqələrinə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ!

28 Yanvar, 2026 - 14:21
Məktəblilərarası fənn müsabiqələrinə qoşulmaq istəyənlərin

Məktəblilərarası fənn müsabiqələrində iştirak etmək istəyən şagirdlər 29 yanvar saat 15:00-dək https://portal.edu.az/ platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsinə daxil olaraq, müvafiq müsabiqə istiqamətini seçməklə elektron müraciət etməlidirlər.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Təlimat videosu ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=0cOqPiGaHBw

Qeyd edək ki, Məktəblilərarası fənn müsabiqələrinin qalibləri ARTİ-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur.

Qeydiyyat zamanı yaranan çətinliklərlə bağlı +994 51 206 78 48 nömrəsinə “WhatsApp” platforması üzərindən problemi ətraflı şəkildə yalnız yazılı formada göndərə bilərsiniz.