Məktəblimiz beynəlxalq olimpiadada qızıl mükafat qazanıb
S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi beynəlxalq olimpiadada uğur qazanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə məktəbdən məlumat verilib.
Qeyd olunub ki, gimnaziyanın 7-ci şagirdi Kərim Salayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gələcəyin zəkalı şagirdləri" olimpiadasının 2-ci qlobal raundunda İQ kateqoriyası üzrə qızıl mükafat qazanıb.



