Məktəblinin ölüm faktı araşdırılır - Baş Prokurorluq
Oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Azərbaycan müəllimi"nə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.




