Məleykə Abbaszadə: Buraxılış imtahanlarında yüksək nəticə göstərənlərin sayı artıb

23 May, 2025 - 12:10
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında yüksək nəticə göstərənlərin sayı artıb
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında yüksək nəticə göstərənlərin sayı artıb

“Ümumilikdə buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərin sayı artıb. Buna əsasən demək olar ki, abituriyentlər imtahana daha yaxşı hazırlaşırlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

“Riyaziyyat fənnindən buraxılış imtahanlarının vəziyyəti yaxşı deyil. Ümid edirik ki, gələn ildən riyaziyyatla bağlı nəticələr də yaxşılaşacaq", – DİM sədri qeyd edib.

O əlavə edib ki, buraxılış imtahanında riyaziyyat üzrə yazı işləri də uğurlu deyil. Abituriyentlər bəzən anlaşılmaz xətt ilə yazır, bəzən isə sualın həllini deyil, sadəcə, cavabı yazırlar.