Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir
Bu il ali məktəblərə plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri bildirib ki, adətən, hər il dövlət sifarişli və ödənişli əsaslarla olan plan yerlərinin 90-95 faizinin dolması müşahidə olunur: “Yalnız bəzi özəl ali məktəblərdə və spesifik ixtisaslarda bu göstərici aşağı ola bilər”.



