Məşğul əhalinin təhsil səviyyəsi üzrə bölgüsü açıqlanıb
Azərbaycanın məşğul əhalisinin təhsil səviyyəsi üzrə bölgüsü açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ildə məşğul əhalinin sayı 5 milyon 105,2 min nəfər olub.
Onların təhsil səviyyəsi üzrə bölgüsü aşağıdakı kimidir:
– Ali təhsil — 889,7 min nəfər
– Orta ixtisas təhsili — 562,6 min nəfər
– Peşə təhsili — 297,7 min nəfər
– Tam orta təhsil — 3 milyon 9,2 min nəfər
– Ümumi orta təhsil — 301,7 min nəfər
– İbtidai təhsil — 42,5 min nəfər
– Təhsili yoxdur — 1,8 min nəfər




