Metodist olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başladı
Azərbaycan Respublikasının Təhsil İnstitutu ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkili ilə əlaqədar 2026-2027-ci tədris ili üzrə metodist hazırlığı üçün müsabiqə elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün Bakı şəhəri və ölkənin müxtəlif regionlarından ümumtəhsil müəssisələrində məktəbdaxili metodist kimi fəaliyyət göstərmək istəyən Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ibtidai sinif, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat, biologiya, kimya, fizika, informatika, təsviri incəsənət, texnologiya, coğrafiya, musiqi və tarix fənn müəllimləri dəvət olunurlar.
Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:
Pedaqoji təhsil:
Ən azı 5 illik pedaqoji təcrübə;
Sertifikasiya balı: 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir);
İKT bacarıqları;
Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.
Qeyd: Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.
Qeydiyyat üçün son tarix: 1 mart 2026
Qeydiyyat üçün keçid: https://docs.google.com/forms/d/e/1FAIpQLSd5a5f2dfiD6E0jYMOqF5YyWcBMHDACQ7v7-7lIiFuoUK9X2g/viewform?usp=publish-editor
-
AytacMende sizlerle birge bir yolda addimlamaq isterdim12 gün əvvəlCavablaLike (0) -
DaşqınYeni sənəd qəbulu başlayacaqmi bu il ? Zəhmət olmasa mənə bildirin,çünki mən coxdan iştirak etmək istəyirəm,ama hər dəfə qeydiyyat vaxtını qaçırıram20 gün əvvəlCavablaLike (0) -
Sekine GoyuszadeSalam.Metodis muellim musabiqesinin müsahibe merhelesine seçilmiş muellime musahibede iştiraki haqqinda ne vaxt melumat verilecek ve ya verilibmi?1 ay əvvəlCavablaLike (0) -
ValehMetodist seçimində iştirak etmək istəyirəm.4 ay əvvəlCavablaLike (0) -
ŞəlaləMən istəyirəm4 ay əvvəlCavablaLike (0) -
Məlahət ShıkhalıyevaBu təlimdə həvəslə iştirak edib əlavə bilik və bacarıqlara yiyələnmək istəyirəm.4 ay əvvəlCavablaLike (0)



