Mikayıl Cabbarov: İnklüziv təhsil ekosistemi iqtisadi model üçün əsas təməldir
“Təhsilin inkişafında gənclərin rolu və fəal iştirakı ölkənin tərəqqisində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, 2026-cı ildə Beynəlxalq Təhsil Günü bu mövzuya həsr olunub”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Təhsil Günü münasibətilə “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, “inklüziv təhsil ekosistemi biliyə əsaslanan iqtisadi modelin qurulmasında əsas təməldir. Bu prosesdə gənc nəslin töhfələrinin artırılması strateji əhəmiyyət daşıyır”.



