Mil-Muğanda 12 mindən çox şagird Rəqəmsal bacarıqlar dərslərinə cəlb olunub

23 Dekabr, 2025 - 13:01
Mil-Muğanda 12 mindən çox şagird Rəqəmsal bacarıqlar dərslərinə cəlb olunub

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Rəqəmsal bacarıqlar dərslərinə cəlb olunan şagirdlərin sayı açıqlanıb. 

Mil-Muğan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 24 məktəbin 543 sinfində 12 378 şagird bu dərslərə cəlb edilib. 

Eləcə də 12 məktəbin 255 sinfində 5 402 şagird STEAM layihəsinə, 28 məktəbin isə 750 şagirdi “Peşə təmayüllü siniflər” layihəsinə cəlb olunub.