Mübariz İbrahimov adına Təhsil Kompleksində Çin dili tədris olunacaq 

26 Dekabr, 2025 - 19:18
Mübariz İbrahimov adına Təhsil Kompleksində Çin dili tədris olunacaq 

Biləsuvarda yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksində Çin dili tədris ediləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, Mübariz İbrahimov adına Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Azərbaycan Dillər Universitetində keçirilən tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşdə iştirak edib.  

Görüş zamanı Azərbaycan–Çin münasibətlərinin təhsil və mədəniyyət sahəsində inkişaf perspektivləri, gənclər arasında əlaqələrin gücləndirilməsi və birgə layihələr müzakirə olunub.

Eyni zamanda, Mübariz İbrahimov adına Təhsil Kompleksində yaxın zamanlarda Çin dilinin tədrisinə başlanılması və Çin Dili Mərkəzinin yaradılması məsələləri də müzakirə edilib. 

Bu təşəbbüsün şagirdlərin dil biliklərinin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.

Tərəflər əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini qeyd ediblər.