Mübariz İbrahimov adına Təhsil Kompleksində müəllimlər üçün pedaqoji təlim keçirilib

22 Noyabr, 2025 - 10:30

Mübariz İbrahimov adına Təhsil Kompleksində müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə pedaqoji təlim həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki,  təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə və İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb. 

Təlim zamanı müasir təlim metodları, inklüziv mühitdə tədris prinsipləri və müəllim fəaliyyətinin aktual istiqamətləri barədə ətraflı məlumat təqdim olunub. İştirakçı müəllimlər yeni yanaşmalarla tanış olub və dərs prosesində tətbiq oluna biləcək faydalı tövsiyələr əldə ediblər. 

Tədbirin sonunda sual-cavab və fikir mübadiləsi aparılıb, müəllimlərin praktiki təcrübəsinin genişləndirilməsi üçün müzakirələr təşkil olunub. Təlim ümumi tədris mühitinə müsbət təsir göstərərək, müəllimlərin peşəkar inkişafına mühüm töhfə verib.