Müəllimlər işə dəvət olunur – Vakansiya
“Peşə təmayüllü siniflər” layihəsi 2026–2027-ci tədris ili üçün paytaxtda və bölgələrdə yaşayan, müvafiq peşələr üzrə ixtisaslaşmış mütəxəssisləri əməkdaşlığa dəvət edir.
"Azərbaycan müəllimi" vakansiya haqqında məlumatı təqdim edir.
Namizədə tələblər:
* Peşə, orta ixtisas və ya ali təhsil;
* Müvafiq peşə üzrə minimum 2 il iş təcrübəsi;
* Pedaqoji təcrübənin olması arzuolunandır.
Müraciət etmək üçün müvafiq peşənin qarşısında qeyd olunan keçidə daxil olaraq müraciət anketini doldurmaq lazımdır.
Önəmli qeyd: Bir namizəd yalnız bir ümumi təhsil müəssisəsinə müraciət edə bilər. Bir neçə dəfə qeydiyyatdan keçən namizədlərin yalnız birinci müraciəti nəzərə alınacaq.
Qeyd olunan tələblərə uyğun olan və müraciət formasını düzgün tamamlayan namizədlər test imtahanına dəvət ediləcəklər. İmtahan müvafiq peşə ixtisasına uyğun suallardan ibarət olacaq.
Təhsili təsdiq edən sənəd müraciət formasına yalnız bir fayl PDF şəklində yüklənməlidir. Yüklənən faylın həcmi 10 MB-dan çox olmamalıdır.
İmtahanın tarixi və keçiriləcəyi yer barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.
İmtahanda ən yüksək nəticə göstərən namizədlər müsahibə prosesinə cəlb olunacaq.
Müraciət üçün son tarix: 28 iyul 2026-cı il
Müraciət linki:
- Aqronom köməkçisi - https://forms.gle/FhgwXKCr8jcYMPTA9
- Aşpaz köməkçisi - https://forms.gle/MwfBfK4NugHyAThd6
- Qənnadçı köməkçisi - https://forms.gle/5fotfB8eCxrN3Kkc9
- Dərzi köməkçisi - https://forms.gle/bJsmkzCuhMEELdv47
- Restoran servisi və barista - https://forms.gle/fYox8ahMLVDbDeEB6
- Bərbər köməkçisi - https://forms.gle/hQNUjK5qWQ5vedvZ7
- Manikür-pedikür/vizajist - https://forms.gle/q9aVQk3gtu93q2He9
- Foto və videoqraf - https://forms.gle/5SrhcCHpdK9QyYPg9
- IKT - Help Desk - https://forms.gle/N5RhFSy1RTFMpqcEA
- IKT - Komputer operatoru - https://forms.gle/DUkteW7V7XF2pmo97
- IKT - Qrafik Dizayner - https://forms.gle/EYB5ve8teW5TQuw47
- Kombi - kondisioner usta köməkçisi - https://forms.gle/MDFooHM9wvfJNd5Q8
- Mebel quraşdırma köməkçisi - https://forms.gle/QY5aTQMovHEwL67j9
- Dülgər köməkçisi - https://forms.gle/wARpagj3Q5xAEobx5




