Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı

5 May, 2025 - 11:01
Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçiminin müddəti uzadılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki problemlər səbəbindən müsabiqənin vakansiya seçimi mərhələsi 6 may saat 11:00-dək davam edəcək. 

Qeyd edək ki, hazırda sayt aktivdir. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. 

Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı