MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 İyul, 2025 - 15:36
MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb
MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

“Hər il məktəbəqədər təhsil müəssisələri məişət avadanlıqları və ləvazimatlarla təmin olunur. Nazirlər Kabinetinin 171 saylı qərarı və beynəlxalq sənədlər əsasında ilk dəfə  “Oyuncaq siyasəti” sənədi hazırlanıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova səsləndirib. 

O qeyd edib ki, sənəddə yaş qruplarına uyğun olaraq uşaqlara hansı növ və neçə ədəd oyuncağın təqdim olunmasının vacibliyi əksini tapıb. Bu sənədə əsasən, bağçalara oyuncaqlar bağlama şəklində təqdim edilib: “Müəssisələrin qida ilə təminatı diqqət mərkəzindədir. Artıq iki ildir ki, qidalanma ilə bağlı pilot layihə tətbiq olunur. Uşaqların gündəlik qidalanma rasionu vahid menyu ilə tənzimlənir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək qidalanma ilə məşğul olan 1600 əməkdaş təlimlərə cəlb edilib. 900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici lövhələrin yerləşdirilməsi planlaşdırılır”.

O bildirib ki, Bakıda bütün məktəbəqədər təhsil müəssisələri isti yeməklə təmin olunub: “Paytaxtla yanaşı, Bərdə, Mingəçevir, Gəncə, Xankəndi, Yevlaxdakı bağçalar da isti yeməklə təmin olunur”.