Naxçıvan məktəbliləri ölkə birincisi olub

31 Mart, 2026 - 10:21
Naxçıvan məktəbliləri ölkə birincisi olub

Bakı şəhərində 14 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliyi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda Naxçıvan Muxtar Respublikası iki komandası ilə təmsil olunub və hər iki heyət uğurla çıxış edərək mükafatçı olub.

14 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandası bütün rəqiblərini məğlub edərək Azərbaycan birinciliyinin qalibi olub. Komanda 1/4 final mərhələsində “Şərqi Zəngəzur RVK” üzərində 2:0, yarımfinalda “Sumqayıt RVK” üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə isə “Oğuz RVK” ilə üz-üzə gələn “Naxçıvan” komandası rəqibini 2:0 hesabı ilə məğlub edərək Azərbaycan birinciliyinin qalibi olub. 

Naxçıvanı 14 yaşadək qız voleybolçular arasında təmsil edən “Möminə Xatun” komandası isə üçüncü yerə sahib çıxıb. Kollektiv üçüncülük uğrunda görüşdə “Şərqi Zəngəzur RVK” ilə qarşılaşıb. Gərgin və maraqlı keçən oyunda 2:1 hesablı qələbə qazanan Naxçıvan təmsilçiləri Azərbaycan birinciliyinin bürünc medallarına sahib çıxıblar.

Naxçıvan məktəbliləri ölkə birincisi olub
Naxçıvan məktəbliləri ölkə birincisi olub
Naxçıvan məktəbliləri ölkə birincisi olub
Naxçıvan məktəbliləri ölkə birincisi olub