Naxçıvan məktəblisi Avropa birinciliyində 3 medal qazandı

27 Avqust, 2026 - 16:41
Naxçıvan məktəblisi Avropa birinciliyində 3 medal qazandı

Şərur Uşaq-Gənclər İdman Məktəbinin atleti Fəxrəddin Allahverdiyev Priştina şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyində 3 gümüş medal qazanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, 85 kq çəki dərəcəsində mübarizə aparan Fəxrəddin, birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq çəkini ram edərək hər iki növdə gümüş medala layiq görülüb. Toplamda 272 kq nəticə göstərən Fəxrəddin Allahverdiyev iki hərəkətin cəmində də Avropa birinciliyinin gümüş mükafatını əldə edib. Beləliklə ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurub.

Naxçıvan məktəblisi Avropa birinciliyində 3 medal qazandı
Naxçıvan məktəblisi Avropa birinciliyində 3 medal qazandı
Naxçıvan məktəblisi Avropa birinciliyində 3 medal qazandı