Naxçıvan məktəblisi ölkə rekordçusu olub

9 Fevral, 2026 - 09:39
Naxçıvan məktəblisi ölkə rekordçusu olub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə Azərbaycan çempionatına start verilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Atletika Mərkəzində keçirilən ölkə birinciliyində Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikasını yarışda “Ordubad” komandasının üzvləri Əmrah Nağıyev, Namiq Babayev və Emin Abbasov təmsil ediblər. Təmsilçilərimiz yarışın yekununda 1 qızıl və 2 gümüş medal qazanıblar.

Əmrah Nağıyev 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb və 9:42.45 nəticə ilə qızıl medala layiq görülüb. Namiq Babayev isə 800 və 1500 metr məsafələrdə gümüş medal əldə edib. O, eyni zamanda 800 metr məsafədə 1:59.02 nəticə göstərərək 18 yaşadək idmançılar arasında qapalı məkanda ölkə rekordunu yeniləyib.

Qeyd edək ki, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Namiq Babayev keçən il ölkə birinciliyində 10 gündə 3 qızıl medal qazanıb.

Naxçıvan məktəblisi ölkə rekordçusu olub
Naxçıvan məktəblisi ölkə rekordçusu olub
Naxçıvan məktəblisi ölkə rekordçusu olub
Naxçıvan məktəblisi ölkə rekordçusu olub