Naxçıvan Tibb Kollecində ilk dəfə 26 nəfər təkrar orta ixtisas təhsili alır
2025-2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecinə ilk dəfə təkrar orta ixtisas təhsili üzrə tələbə qəbulu həyata keçirilib.
Kollecdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ödənişli əsaslarla aparılan qəbul prosesinə uyğun olaraq, kollecin müvafiq ixtisasları üzrə 26 nəfəri subbakalavr qəbul olunub.
Həmin tələbələr barədə məlumatlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Avtomatlaşdırılmış Orta İxtisas Təhsili Alt Sisteminə (AOİTAS) yerləşdirilib.
Məlumata görə, kollecə təkrar orta ixtisas təhsili üçün həm Naxçıvan Muxtar Respublikasından, həm də respublikanın digər bölgələrindən müraciət edənlər olub.



