Naxçıvanda 3698 şagird məzun olur 

9 İyun, 2026 - 16:16
Naxçıvanda 3698 şagird məzun olur 

Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində I, IX və XI sinfi bitirən şagirdlərin sayı açıqlanıb. 

Nazirlikdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərini 3747 nəfər, IX siniflərini 4588 nəfər, XI siniflərini isə 3698 şagird bitirir.

Məlumata görə, attestatların verilməsi ölkə üzrə hansı tarixdə nəzərdə tutulubsa, Naxçıvanda da eyni qaydada həyata keçiriləcək.

Qeyd edək ki, bu il ölkə üzrə ümumilikdə 116 minə yaxın şagird XI sinfi bitirir.