Naxçıvanda 600-700 bal toplayan məzunların sayı 10 faiz artıb

14 Avqust, 2026 - 15:37
Naxçıvanda 600-700 bal toplayan məzunların sayı 10 faiz artıb

Naxçıvanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların sayı artıb.

Naxçıvan ️MR Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, 2025-2026-cı tədris ilində qəbul imtahanlarında 600-700 intervalında bal toplayan məzunların sayı əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artaraq 112 nəfər olub.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində bu göstərici 101 nəfər təşkil edib.