Naxçıvanda 7 məktəbdə icma əsaslı məktəbəqədər təhsil müəssisəsi yaradılacaq

4 İyul, 2025 - 16:44
Naxçıvanda 7 məktəbdə icma əsaslı məktəbəqədər təhsil müəssisəsi yaradılacaq

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, yeni tədris ilindən 7 ümumtəhsil müəssisəsində icma əsaslı məktəbəqədər təhsil müəssisəsi yaradılacaq.

Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan MR-in Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində özəl təhsil müəssisələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat işlərinin aparılması məqsədilə infotur təşkil olunub.

Naxçıvanda 7 məktəbdə icma əsaslı məktəbəqədər təhsil müəssisəsi yaradılacaq
Naxçıvanda 7 məktəbdə icma əsaslı məktəbəqədər təhsil müəssisəsi yaradılacaq