Naxçıvanda 8–18 yaşlı şahmatçılar arasında birincilik başladı
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə fevralın 2-dən Naxçıvan Şahmat Mərkəzində 8-18 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, fevralın 7-dək davam edəcək birincilikdə 6 fərqli yaş qrupunda 100-ə yaxın oğlan və qız şahmatçı iştirak edir.
Qeyd edək ki, son illərdə bu yaş kateqoriyası üzrə Muxtar Respublika birinciliyi keçirilmirdi.
Yarış “İsveçrə” sistemi üzrə aparılır.
İlk 3 yeri tutan şahmatçı mart ayında keçiriləcək 8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatında iştirak haqqı qazanacaq.



