Naxçıvanda daha 2 müəllim maksimal bal topladı
Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanlarının 4-cü günündə daha iki müəllim maksimum nəticə — 60 bal toplayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, yüksək nəticə göstərən müəllimlərdən biri Ordubad şəhər tam orta internat məktəbin tarix müəllimi Nuranə Abdullayeva, digəri isə Sədərək kənd 2 nömrəli tam orta məktəbinin tarix müəllimi Elsevər Səfərovdur.



