Naxçıvanda fərqlənən müəllimlər təltif ediliblər

6 Oktyabr, 2026 - 10:59
Naxçıvanda fərqlənən müəllimlər təltif ediliblər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  abidəsini ziyarət ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov çıxış edərək müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Nazir bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilir. Diqqətə çatdırılıb ki, təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq müəllim əməyinə dövlət səviyyəsində yüksək qiymət verilir, təhsilverənlərin sosial rifahının və peşəkar inkişafının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, müəllimlər şagirdlərdə bilik və bacarıqlar formalaşdırmaqla yanaşı, həm də onlarln  milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında mühüm rol oynayırlar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllimi Əpruz Quliyeva bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edərək  onlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin “Fəxri fərman”ları təqdim olunub.