Naxçıvanda iki özəl bağça dövlət-özəl əməkdaşlığı çərçivəsində maliyyələşəcək

4 Sentyabr, 2026 - 15:17
Naxçıvanda iki özəl bağça dövlət-özəl əməkdaşlığı çərçivəsində maliyyələşəcək

Naxçıvanda iki özəl məktəbəqədər təhsil müəssisəsi  valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə  müsabiqəsinin qalibi olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Naxçıvan Təhsil Mərkəzinin “Happy Kids” və “Ayla Baby İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin uşaq bağçaları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və aidiyyəti qurumların rəyi əsasında lisenziyalaşdırılıb və qeyd olunduğu kimi hər iki özəl bağça məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə  müsabiqsinin qalibi olub. Bu, Naxçıvanda sözügedən əməkdaşlıq modeli çərçivəsində ilk belə nəticədir.

Müsabiqənin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsidir. 

Naxçıvanda iki özəl bağça dövlət-özəl əməkdaşlığı çərçivəsində maliyyələşəcək