Naxçıvanda ilk dəfə gənclərin çağrışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib

28 Dekabr, 2024 - 09:41

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə ilk müsabiqə keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə  üçün sənəd qəbulu 24 sentyabr-10 oktyabr tarixlərində aparılıb. Sənəd verən 21 namizəddən 16-sı müsabiqədə iştirak edib. 
Müsabiqədə namizədlərə 20 vəzifə proqramı, 5 məntiqi təfəkkür və 5 dünyagörüşü olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub  və tapşırıqların yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılıb.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

İmtahanı nəticələrinə əsasən, keçid balı 10 bal müəyyənləşdirilib və 5 namizəd keçid balını toplayıb.  
Məlumat üçün bildirək ki, müsabiqəyə ümumtəhsil müəssisələrindən 23 vakant vəzifə çıxarılıb.