Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 May, 2025 - 14:19
Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 
Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Monitorinq Mərkəzinin portalı vasitəsilə IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, qiymətləndirmə vasitələri açıq və qapalı test formatında hazırlanaraq https://nmr.notetonotes.com platformasında yerləşdirilib. 

Şagirdlər portalda şəxsi kabinet yaradaraq tapşırıqlarla tanış olub, cavablandırıblar. Monitorinqdə 2 min şagird iştirak edib. 

Qeyd edək ki, rəqəmsal qiymətləndirmə monitorinqinin təşkilində əsas məqsəd Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən mayın 17-də IV siniflər üçün keçiriləcək monitorinqə şagirdlərin hazırlıq səviyyəsini yüksəltmək, təhsildə rəqəmsal bacarıqları təşviq, qiymətləndirmə prosesində əlçatanlılığını təmin etməklə şagirdlərin hazırki tədris proqramına uyğun olaraq bilik səviyyələrini izləməkdir.