Naxçıvanda sertifikasiyanın ilk günündə 100 faiz iştirak qeydə alınıb
Bu gündən Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, sertifikatlaşma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 310 müəllimin iştirakı nəzərəd tutulur.
Sertifikatlaşmanın ilk günündə Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili, rus dili və ədəbiyyatı, fransız və alman dili, müəllimləri iştirak edir. Prosesdə Muxtar Respublika üzrə 100 faiz iştirak qeydə alınıb.




