Naxçıvanda təhsil hüququ ilə bağlı maarifləndirici tədbir keçirilib

28 Oktyabr, 2026 - 13:00
Naxçıvanda təhsil hüququ ilə bağlı maarifləndirici tədbir keçirilib

Babək rayonunun Hacıvar kənd tam orta məktəbində “Vətəndaşların təhsil hüququnun konstitusion təminatı” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ümumtəhsil müəssisələrinin direktor müavinləri, uşaq birliyi təşkilatının rəhbərləri, psixaloqlar iştirak ediblər. 

Tədbirdə giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Elşən Qəbulov çıxış edib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının hüquqşünası Tahir Həsənov və digər çıxış edənlər təhsil hüququnun pozulmasına görə məsuliyyət, valideynlərin və qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri, pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslərlə bağlı hüquqi tələblər və təhsil müəssisələrində psixoloji zorakılıq hallarına qarşı görülməli tədbirlər barədə məlumat veriblər. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.