Naxçıvanda ümumi təhsilin aktual problemlərinə həsr olunan respublika konfransı keçirilib

22 May, 2026 - 16:40
Naxçıvanda ümumi təhsilin aktual problemlərinə həsr olunan respublika konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Şəhərsalma və memarlıq ili”nə həsr olunan "Ümumi təhsilin aktual problemləri" mövzusunda V respublika elmi-praktik konfrans keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, hibrid (əyani və videobağlantı) formatda keçirilən tədbirin təşkilatçısı olan Naxçıvan Müəllimlər İnstitutu ilə yanaşı, tərəfdaşları arasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti də yer alıb. 

Konfransa 20-dən artıq ali təhsil və elmi müəssisə qoşulub. NİM 52, Naxçıvan məktəbləri 34, ARTİ 20, ADPU 19, NDU 11, LDU 11, GDU 9, MDU 8, AZDU 6 və digər ali təhsil müəssiləri 27 olmaqla, ümumulikdə 197 tədqiqat işi konfransda müzakirə olunub.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən Elşən Məmmədov qeyd edib ki, təhsildə innovasiyaların tətbiqi, tədris metodlarının yenilənməsi və pedaqoji təcrübənin elmi əsaslarla zənginləşdirilməsi üçün belə forumlar tədqiqatçıların və müəllimlərin qarşılıqlı əməkdaşlığına geniş imkanlar yaradır.

Elşən Məmmədov çıxışında bildirib ki, hazırda institutda tədqiqat yönümlü tədris mühitinin yaradılması, elmi istiqamətlərin prioritetləşdirilməsi, müəllim və tələbələrin elmi fəaliyyətə cəlb olunması xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər, təhsil sahəsində qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına, müasir dövrün təhsil çağırışlarına adekvat cavabların formalaşdırılmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Əli Vəliyev çıxışında MR-də təhsilin hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. O vurğulayıb ki, Naxçıvanda təhsil sahəsində həyata keçirilən ardıcıl və sistemli islahatlar son illər ərzində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərib.

Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı çıxışında tədbirin elmi istiqamətləri və konfransın əsas məqsədi və vəzifələri barədə ətraflı məlumat verib, elmi tədbirdən gözlənilən nəticələri vurğulayıb. 

Plenar iclasda Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov “Rəqəmsal transformasiya dövründə şagirdlərin funksional savadlılığının inkişafı: problemlər və həll yolları” mövzusunda çıxış edib.

Şöbə müdiri bildirib ki, ənənəvi təhsildən müasir təhsilə keçirik, yaddaş məktəbi təfəkkür məktəbi ilə əvəz olunur: “Bu anlayışın özü tələb edir ki, bizim dərsliyin məzunu ilə bərabər, eyni  zamanda onun tətbiqi, şagird-müəllim, tələbə-müəllim münasibətlərində də bir keçid olsun, yenilik özünü hiss etdirsin”. 

Konfrans çərçivəsində keçirilən 16 bölmə iclaslarında  ümumilikdə 200- ə yaxın tezis təqdim olunub və geniş elmi müzakirələr aparılıb.

Konfransın sonunda məruzəçilərə və iştirakçılara sertifikatlar təqdim edilib.