Naxçıvanın voleybol komandası ölkə çempionu oldu
️Naxçıvanın 16 yaşadək məktəbli qız voleybolçularından ibarət "Möminə Xatun" komandası ilk dəfə olaraq Azərbaycan çempionatının qalibi olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, finalda "Azerrail" komandası ilə qarşılaşan təmsilçimiz gərgin keçən oyunda əzmkar qələbə qazanıb.
1-ci seti qalib başa vuran komandamız hesabda 2:1 geriyə düşdüyü oyunu tay-brekdə çevirərək 3-2 qalib gəlib və voleybol tariximizdə ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub.


