Nazir: “30-35 yaşında elmi ad alan alim ömür boyu bu addan istifadə etməməlidir”

20 Fevral, 2025 - 13:00
Nazir: “30-35 yaşında elmi ad alan alim ömür boyu bu addan istifadə etməməlidir”

"Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, elmi dərəcəsi olan şəxslərin statusuna yox, sonrakı fəaliyyətinə daha çox diqqət yetirilir: 

“30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq".

Nazir: “30-35 yaşında elmi ad alan alim ömür boyu bu addan istifadə etməməlidir”
Nazir: “30-35 yaşında elmi ad alan alim ömür boyu bu addan istifadə etməməlidir”