Nazir: Bəzi müəssisələrdə elmlər doktoru dərəcəsini alanlar qəbul olanların 1 faizini təşkil edir

20 Fevral, 2025 - 12:44
Nazir: Bəzi müəssisələrdə elmlər doktoru dərəcəsini alanlar qəbul olanların 1 faizini təşkil edir
Nazir: Bəzi müəssisələrdə elmlər doktoru dərəcəsini alanlar qəbul olanların 1 faizini təşkil edir

“Müəssisələr tərəfindən verilən sayla faktiki qəbul planı ilə müdafiə edənlərin sayına baxdıqda maraqlı bir səhnə ortaya çıxır. Elmlər doktoru proqramı üzrə kadr hazırlayan bəzi müəssisələrdə elmlər doktoru dərəcəsini alanlar qəbul olanların 1 faizini təşkil edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir əlavə edib ki, dünyanın heç bir yerində fəlsəfə doktoru dərəcəsini 3 ilə almaq olmur. Bu müddət, adətən, 5 ildir.

“Doktorantura proqramlarında təlim komponenti ya yoxdur, ya da çox azdır. Doktorantın təhsil aldığı dövrdə onun tədqiqatı necə aparması ilə bağlı təlimlər, demək olar ki, müşahidə edilmir. Sturukturlaşdırılmış kredit əsaslı fəlsəfə doktoru proqramları 2026-cı ilin sentyabr ayına qədər hazırlanmalıdır. Növbəti ildən bir neçə istiqamət üzrə bu proqramları tətbiq etməyi planlaşdırırıq”.