Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib

21 May, 2026 - 17:04
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib

Mayın 21-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, iclasda iki ölkə arasında ticarət-iqtisadi, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.

İclas çərçivəsində həmçinin “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in mübadiləsi həyata keçirilib.

Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib