Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub

2 Aprel, 2026 - 18:13
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub

Aprelin 2-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran rayonuna səfər edib. 

Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Səfər çərçivəsində nazir müavini Kənan Kərimzadə Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi və məktəbin infrastrukturu ilə yaxından tanış olub. 

Məktəblə tanışlıq zamanı nazir müavini burada fəaliyyət göstərən STEAM Mərkəzinə də baxış keçirib, STEAM və “Rəqəmsal bacarıqlar” layihələri çərçivəsində dərs prosesində iştirak edib. Sözügedən layihələr çərçivəsində şagirdlərdə analitik düşünmə, problem həll etmə və texnoloji bacarıqların formalaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Məktəbdə kiçik yaşlı məktəblilərin dron vasitəsilə hazırladıqları oyuna baxış keçirilib.

Daha sonra təhsil müəssisəsində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə tanışlıq zamanı şagirdlərin erkən ixtisas yönümlü bilik və bacarıqlar əldə etməsi üçün görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu siniflərin məzunlarının təxminən 80 faizi peşə təhsili müəssisələrinə qəbul olunur.

Səfər çərçivəsində vətəndaş qəbulu keçirən Kənan Kərimzadə müraciətləri dinləyib, səsləndirilən məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.