Nazir müavini: Sevindirici haldır ki, tələbələr arasında futbola maraq artır

22 May, 2025 - 09:57
Nazir müavini: Sevindirici haldır ki, tələbələr arasında futbola maraq artır

“Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə - builki turnirdə 12 komanda iştirak edib. Noyabr ayından başlayan Tələbə Liqası gərgin və maraqlı oyunlarla yadda qalıb”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri futzal üzrə Tələbə Liqasının bağlanış mərasimindən sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sevindirici haldır ki, ali məktəblərdə tələbələr arasında futbola maraq artır:

“Final qarşılaşmasında Azərbaycan Texniki Universiteti ilə Azərbaycan İdman Akademiyasının komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunun yekununda İdman Akademiyasının komandası qalib gələrək Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün çempionu oldu”.  

Nazir müavininin sözlərinə görə, qalib komanda bu il iyul ayında Xorvatiyada universitetlər arasında keçiriləcək çempionatda iştirak edəcək:

“Artıq üçüncü ildir ki, azərbaycanlı tələbələr ölkəmizi Avropada təmsil edir və yaxşı nəticələr əldə edirlər”.

Nazir müavini: Sevindirici haldır ki, tələbələr arasında futbola maraq artır
Nazir müavini: Sevindirici haldır ki, tələbələr arasında futbola maraq artır