NDU-da “Beynəlxalq təlim aylığı”na start verilib

1 Aprel, 2025 - 12:33
NDU-da “Beynəlxalq təlim aylığı”na start verilib
NDU-da “Beynəlxalq təlim aylığı”na start verilib

Aprel ayı Naxçıvan Dövlət Universitetində (NDU) “Beynəlxalq təlim aylığı” elan olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Beynəlxalq təlim aylığı” 6 fərqli ölkədən (ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistan) 21 təlimçi NDU-da 5 sahə (təhsil, elm,beynəlmiləlləşmə, resurslar, dayanıqlılıq) üzrə 21 mövzuda təlim keçəcəklər.

Təlimlər 3 dildə (azərbaycan, türk və ingilis) aparılacaq.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.

Peşəkar inkişafda maraqlı olan şəxslər BURADAN qeydiyyatdan keçə bilərlər.