NDU müəllimləri üçün yeni qiymətləndirmə sistemi tətbiq olunacaq

30 Yanvar, 2026 - 14:06
NDU müəllimləri üçün yeni qiymətləndirmə sistemi tətbiq olunacaq

Naxçıvan Dövlət Universitetində diferensial əməkhaqqı sistemi 2021-ci ildən tətbiq edilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.

Rektor bildirib ki, bu ildən universitetdə akademik və inzibati heyətin əməyinin qarşılığının ödənilməsində yeni yanaşma tətbiq olunacaq. Belə ki, diferensial əməkhaqqı sistemi “Performans qiymətləndirmə” metodu əsasında həyata keçiriləcək.

Qeyd olunub ki, yeni qiymətləndirmə mexanizmi əməkdaşların fəaliyyət göstəricilərinin daha obyektiv müəyyənləşdirilməsinə, onların peşəkar inkişafının stimullaşdırılmasına və əməkhaqqının nəticəyönümlü formada formalaşdırılmasına xidmət edəcək.