NDU Qazaxıstanın bir sıra ali məktəbləri ilə əməkdaşlığa başlayıb

8 Aprel, 2026 - 11:45
NDU Qazaxıstanın bir sıra ali məktəbləri ilə əməkdaşlığa başlayıb

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6 aprel 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib.

Universitetin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti, o cümlədən Naxçıvan Dövlət Universiteti təmsil olunur. 

Açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin muğam və rəqs qrupları çıxış ediblər. İfalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə keçirilən lotereya oyununda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb. 

Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qazaxıstanın Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti və Qazaxıstan Tibb Universiteti (KSPH) arasında əməkdaşlıq memorandumları imzalanıb.

İmzalanan sənədlər akademik mübadilə, ikili diplom proqramları və birgə elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur, tərəflər arasında təcrübə mübadiləsinin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi üçün zəmin yaradır.