"NDU və Çin universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasını istərdik” – Emin Əmrullayev 

28 Noyabr, 2025 - 17:23
"NDU və Çin universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasını istərdik”

“Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Lu Meylə söhbətimiz zamanı NDU ilə Çin universitetləri arasında əlaqələrin qurulması, Çindən olan tələbələrin Naxçıvanda təhsil alması, o cümlədən elmi tədqiqat institutları ilə əlaqələrin qurulmasını xüsusi vurğuladıq. Ali təhsil sahəsində də oxşar əməkdaşlığın qurulmasını istərdik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ali təhsil sahəsində də oxşar əməkdaşlığın qurulmasına çalışılır: “Çin hökuməti ölkəmizdə mütəmadi olaraq bu kimi layihələr həyata keçirir. Biz inanırıq ki, bu kimi layihələr müxtəlif sahələri də əhatə edir. Bu təşəbbüslər həm Naxçıvanda, həm də ölkəmzin digər bölgələrində də ola bilər”.