Xarici işlər naziri Ceyhun Bayramov müəllimləri təbrik edib
Xarici işlər naziri Ceyhun Bayramov müəllimləri təbrik edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün hər birimizin təhsil həyatının ayrılmaz və əvəzolunmaz parçası olan, gənc nəsillərimizin milli ruhda, vətənpərvər, savadlı yetişməsində müstəsna xidmətləri olan müəllimlərimizə həsr olunmuş Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Bu münasibətlə, “müəllim” adını şərəf və ləyaqətlə daşıyan, habelə gələcəkdə bu şərəfli peşə üzrə ixtisaslaşmaq istəyən hər kəsi ürəkdən təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzu edirəm!"
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)