Bütün xəbərlər
test
9 oktyabr, 16:35

Ata-ana təbiətsə, 
Ustad, nicat müəllimdir. 
Həyat arzu səadətsə,
Ona qanad müəllimdir.

Şair Mikayıl Azaflının da dediyi kimi həyatdakı ən böyük ustadımız müəllimlərimizdir. Biz müəllimlərimizin sayəsində həyatı dərk edir, sevgini, məsuliyyəti öyrənirik.

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi Əməkdar müəllim, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Qalib Bəşirovdur.

Qalib Zakir oğlu 1955-ci ildə İsmayıllı rayonunda ziyalı ailəsində anadan olmuşam. 1961-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin I sinfinə qəbul olmuş, 1971-ci ildə X sinfi bitirmişəm. 1972-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil oldum və 1977-ci ildə həmin fakültəni bitirərək “Fizika müəllimliyi” ixtisasını bitirdim. İlk dəfə 1977-ci ildə İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışam. 1980-1981-ci illərdə 138 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1981-1984-cü illərdə Rayon Komsomol komitəsində əvvəlcə komsomol təşçilatları şöbəsinin müdiri, sonra Rayon komsomol komitəsinin III katibi vəzifəsində işləmişəm. 1984-1986-cı illərdə Rayon Partiya komitəsində təlimatçı işləmişəm. 1986-ci ildən, otuz bir yaşımdan bu günə kimi İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıram.

- Qalib müəllim, rəhbərlik etdiyiniz məktəbin uğurları çoxdur. Kollektiviniz, şagirdləriniz hər il bu uğurların üzərinə uğur gətirir. Davamlı uğur qazanmağın sirri nədədir?

-  Uğur qazanmaq üçün güclü nizam-intizam qurmaq lazımdır. Güclü intizam olmayan yerdə uğur ola bilməz. Hesab edirəm ki, hər hansı bir sahədə çalışan adam öz işinin mahiyyətini bilməlidir, öz işinə sevgisi olmalıdır. Bu hisslər müəllimlik sahəsində çalışanlarda daha güclü olmalıdır. Müəllimlik peşəsi müqəddəs olduğu qədər də çətindir. Müəllim öyrətmək istəyirsə, özü hər gün öyrənməlidir. Biz müəllimlər bir-birimiz ilə təcrübə paylaşımı etməli, bir-birimizdən öyrənməliyik. 

İşlədiyim bu illər ərzində intizamlı işçi olmağa çalışmışam. Vaxtaşırı olaraq müəllimlərin dərslərini dinləməklə onların təlim metodlarının təkmilləşməsinə kollektiv olaraq birgə əmək sərf etmişik. Mənim həm özümə, həm işlədiyim kollektivə, həmçinin şagird kontingentinə qarşı çox tələbkar olmağım işimə məsuliyyətlə yanaşmağımdan irəli gəlir. Biz bir kollektiv olaraq hər zaman son dərəcə məsuliyyətlə işləyirik. Bunun nəticəsidir ki, məktəbimiz ölkənin qabaqcıl məktəbləri sırasında yer alır. Məzunlarımızdan bir çoxu yüksək nəticə göstərərək vətənimizin və vətənimizdən kənarda ali və orta ixtisas təhsil müəssisələrində təhsil alırlar. 

- Həm də Əməkdar müəllimlərimizdən birisiniz. Bu adın məsuliyyəti də böyük olur. Fəxri ad verildiyini biləndə nə hisslər keçirdiniz?

- Əmək fəaliyyətim ən ali səviyyədə mükafatlandırılıb. Əməkdar müəllim adına layiq olmaq üçün çox çalışmaq lazımdır. Düzü, işlədiyim illərdə Əməkdar müəllim adını almaq üçün can atmamışam, amma çəkilən heç bir əziyyət də yerdə qalmır. Təqdir olunmaq olduqca qürurlu və məsuliyyətlidir. Bu ad mənim məsuliyyətimi birə-beş artırdı. 2018-ci ildə Əməkdar müəllim fəxri adı ilə təltif olunanlar arasında adımı görüncə çox qürurlandım və fərəh duydum. 

- Fəaliyyətiniz dövründə hansı maraqlı anlar olub ki, bu gün də xatirinizdədir?

- Düzünü desəm, məktəblə bağlı ilk xatirəm həmin məktəbə 38 il əvvəl direktor təyin olunmağım ilə bağlı peşmançılığım idi. İzah üçün deyim ki, həmin vaxtlarda məktəbdə vəziyyət ürəkaçan deyildi. Binadan tutmuş təhsilə qədər... Düşünməzdim ki, nə zamansa həmin məktəb ölkənin qabaqcıl məktəbləri sırasında yer alacaq, müəllimlərimizin və şagirdlərimizin uğurları nümunə olacaq.  Bildiyim o idi ki, məktəb binası, otaqlar, foyelər səliqə-səhmanlı olmalıdır, müəllim dərsinə hazırlaşıb girməlidir, müəllim dərsə gecikməməlidir, şagirdlər üzrsüz  səbəbdən dərs buraxmamalıdır, xülasə intizam əsas meyar olmalıdır. Valideynlərlə əlaqə gücləndirilməli, onlarla maarifləndirilmə işlərinin səmərəsi artırılmalıdır. Görülən işlərin “sağol”u, səhvlərin iradları bildirilməlidir. İşlədiyim kollektivə, əvvəlcə qayğı, sonra tələb işlərimin əsasını təşkil edir. Elə bu minvanla öz vəzifə borcumuzu həyata keçirib birlikdə də uğurlar əldə etməyə nail olduq. 

Uzun illər əvvəl Azərbaycan Dövlət Televiziyasında “Məktəblilərin Tusi klubu” təşkil olumuşdu. “Tusi klubu”nun bilik yarışında bizim məktəb qalib gəldi və “Super kuboku” qazandıq. Bu hadisə bizim məktəbin o vaxtar üçün böyük qələbəsi olduğundan yaddaqalan bir məqam idi bizim üçün. Müxtəlif vaxtlarda məktəbimizin şagirdləri inşa yazı və bədii qiraət müsabiqələrində, həmçinin idman yarışlarında ölkə birincisi olmağı bacarıblar. Hərbi idman komandamız dəfələrlə öklə üzrə ikinci, üçüncü yerləri qazanıb, bir dəfə ölkə çempionu olmuşuq. İki idmançımız Avropa çempionu olub. Bütün bu uğurlar bizim üçün olduqca qürurverici və unudulmazdır. 

Məktəbimizin şagirdi Bəhrəm Həsənov Meksikanın Mexiko şəhərində baş tutan, dünyanın 42 ölkəsinin qoşulduğu “Demokratiyaya gedən yol” adlı beynəlxalq inşa yazı müsabiqəsində inşa yazısı ilə birinci yeri qazanıb. Şagirdimiz dünya miqyasında inşa yazı müsabiqəsində birinci yerini qazanıb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

Səmərəli hadisələrimiz kifayət qədərdir. Qəbulu imtahanlarında məktəbimiz müxtəlif illərdə rekordlara imza atıb. Belə ki, məktəbimizin 3 məzunu 700 bal, 695 və 692 bal toplayaraq ali məktəblərə qəbul olunub, Prezident təqaüdünə layiq görülüblər. Şagirdlərimiz son iki ildə Respublika Fənn Olimpiadasında 4 qızıl, iki gümüş medal qazanıblar. Təkcə bu il Respublika Fənn Olimpiadasında 3 şagirdimiz qızıl medal qazanaraq kollektivimizə qürurverici anlar yaşadıb. Şagirdimiz Osman Həsənov Azərbaycandan seçilmiş 4 məktəblidən biri və ən yüksək nəticə göstərən məktəbli olaraq İrlandiyada keçirilən Beynəlxalq coğrafiya olimpiadasında ölkəmizi uğurla təmsil edib. Həmçinin məktəbimizin iki şagirdi “Əlaçı” televiziya layihəsinin qalibi olub.

Biz kollektiv olaraq həmişə dövlət qayğısını öz üzərimizdə hiss etmişik. Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin yeni binası tikilib istifadəyə verildi. Dövlət başçısı cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yeni məktəb binasının açılışında iştirak etməsi, bizimlə çox səmimi münasibət qurması, cənab prezidentimiz ilə birlikdə şəkil çəkdirməyimiz bizim üçün ən yaddaqalan və qürurverici hadisə idi. 

Müəllimlik fəaliyyətimdə qazandığım ən ali mükafat dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildə “Əməkdar müəllim” fəxri adı olub. Həmçinin bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Ulu Öndər “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşəm.

- Bu gün müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək müxtəlif regionlarımızda, ucqar kənd məktəblərimizdə fəaliyyətə başlayan gənc müəllimlər olur. Yəqin ki, sizin direktoru olduğunu məktəbdə də yenicə fəaliyyətə başlayan müəllimlər var. Onların işi sizi qane edirmi? Ümumiyyətlə, gənc müəllimlərə nə tövsiyə edərdiniz?

- Hazırda kollektivdə böyük bir gəncləşmə gedir. Kollektivimizə gələn gənc müəllimlərə hər zaman dəstəyimizi göstəririk. Vaxtaşırı təcrübə paylaşımı edirik. Həm kollektivimizin, həmçinin də məktəblilərin səliqə-səhmanı da hər zaman diqqətimizdədir. Biz gənc müəllimləri bir araya toplayıb onlara tövsiyələrimizi veririk. Gənc müəllimlərə innovativ layihələrdə iştirak etməyi, həm ölkəmizin, həm də dünyanın qabaqcıl dövlətlərinin təhsil yeniliklərini öyrənərək öz sferasında tətbiq etməyi məsləhət görürük. Həmçinin də təlim-tərbiyə prosesində şagirdə fərdi yanaşmağı, intizamlı olmağı, şagirdə şəxsiyyət kimi yanaşmağı tövsiyə edirik. 

- Mətbutın elm və təhsil sahəsində fəaliyyətini necə qiymətləndirərdiniz? 

Təəssüf ki, son vaxtlar televiziya verilişlərinin və proqramlarının maarifçiliyə xidməti məhdud saydadır. Mən çox istərdim ki, televiziya məkanında təhsil uğurlarını vaxtaşırı olaraq təbliğ edəcək verilişlərin sayı çox olsun. Mətbuat və televiziya verilişləri şagirdlərin tərbiyəsinə və maəriflənməsinə müsbət təsir göstərməlidir. Təhsil uğurlarını göstərən proqramların sayı artırılsa, daha yaxşı olardı.

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.