Bütün xəbərlər
10 oktyabr, 16:57

Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir Dövlət Universitetində (MDU) olub.

“Azərbaycan müəllimi” xəbər verir ki,  Aparat rəhbəri universitetin inşa olunan yeni kampus binasına baş çəkərək müasir təhsil şəraitinin yaradılması istiqamətində görülən işlərlə bağlı məlumat alıb.

Daha sonra Mətin Kərimli universitetdə tədris prosesini yerində izləyib, tələbələrlə görüşərək  dərslərdə iştirak edib. Tələbələrin suallarını cavablandıran Aparat rəhbəri onların gələcəkdə yüksəkixtisaslı mütəxəssislər kimi formalaşması üçün vacib tövsiyələr verib. O, tələbələrə əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqların qazanılmasının müasir təhsil sistemindəki önəmini vurğulayıb.

Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğını diqqətə çatdırıb. MDU-nun illik statistik göstəricilərinə nəzər salaraq tədris keyfiyyətinin ildən-ilə yüksəldiyini, bu inkişafın universitetin artan nüfuzunu göstərdiyini qeyd edib. Xüsusilə, Mingəçevir Dövlət Universitetinin regionda mühüm təhsil və elm mərkəzinə çevrildiyini və onun sosial-iqtisadi inkişafda oynadığı rolunu xüsusi vurğulayıb.

Mətin Kərimli, eyni zamanda,  Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə  təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatlar barədə də danışıb. O, bu sahədə bir sıra əhəmiyyətli layihələrin icra edildiyini vurğulayıb. Bu islahatlar sırasında təhsilin məzmununun yenilənməsi, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, müəllimlərin peşəkar inkişafı, şagirdlərin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsi kimi mühüm addımlar xüsusi yer tutur.

Mətin Kərimli bildirib ki, bu islahatlar Azərbaycan təhsil sistemində köklü dəyişikliklərə səbəb olub və nəticədə ölkənin beynəlxalq təhsil reytinqlərində mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov isə çıxışında universitetin son illərdə qazandığı uğurlarından bəhs edərək, MDU-nun elmi potensialının sürətlə inkişaf etdiyini qeyd edib. Son illərdə 14 müəllimin fəlsəfə doktoru, 5 əməkdaşın isə dosent adını qazandığını bildirərək, bu uğurların universitetin elmi nailiyyətlərinin bariz nümunəsi olduğunu vurğulayıb. O, həmçinin, MDU-nun Ümummilli Lider Heydər Əliyev ideologiyasına sadiq bir təhsil müəssisəsi olaraq, 3000-dən çox tələbə və 300-dən artıq əməkdaş ilə qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük səylə çalışdığını bildirib.

Səfər zamanı Mingəçevir Dövlət Universitetinin regionun inkişafında mühüm rol oynadığı və bu təhsil ocağının yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi potensialın gücləndirilməsinə verdiyi töhfələr xüsusilə vurğulanıb. Mətin Kərimli universitetin gələcək inkişaf strategiyasına dair tövsiyələrini bölüşərək, təhsilin davamlı inkişafı və tələbələrin dünya standartlarına uyğun mütəxəssislər kimi yetişməsi üçün konkret təkliflər irəli sürüb.

1 /7

Şərhlər

Xəbər lenti

24 iyun, 18:18

Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

24 iyun, 18:14

İmtahanın dördüncü günü – Kimya-biologiya müəllimlərindən yüksək nəticə

24 iyun, 17:45

Hazırlıq və məsuliyyət uğurun əsas şərtləridir” – Maksimum bal toplayan müəllim

24 iyun, 17:42

Nazir: Bizdə müəllimlik yarımştat işdir, bunu dəyişməyə çalışırıq

24 iyun, 17:41

İdarəetmənin qeyri-mərkəzləşdirilmiş formaya keçidi üçün işlər aparılır – Nazir

24 iyun, 17:28

“Sertifikatlaşdırma ailə büdcəmizə də müsbət təsir göstərəcək” – Naxçıvanda imtahandan uğurla keçənlər 

24 iyun, 17:23

“Xüsusi təhsilə yanaşma çox köhnədir” – Nazir

24 iyun, 17:23

Nazir: Məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var

24 iyun, 16:58

60 bal topladı – Region birincisi oldu

24 iyun, 16:45

“Uğur çalışana qismət olur” – İmtahanda 60 bal toplayan müəllim

24 iyun, 16:45

“İmtahanın daha çətin olacağını düşünürdüm” – Sertifikatlaşdırmadan keçənlərin təəssüratları

24 iyun, 16:41

Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik

24 iyun, 16:33

AzTU-da “Məzun günü-2025” tədbiri keçirilib

24 iyun, 16:16

Region birincisi: Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir

24 iyun, 16:11

Kənd məktəbinin müəllimi Naxçıvan üzrə birinci oldu

24 iyun, 16:09

AzMİU-da dünya alimləri inşaatın müasir problemlərini müzakirə etdilər

24 iyun, 16:02

Uğurun sevincini yaşayanlar – sertifikasiya davam edir

24 iyun, 15:51

Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 iyun, 15:16

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.