Bütün xəbərlər
28 oktyabr, 12:52

Oktyabrın 25-də Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Bakı Avrasiya Universiteti (BAAU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fonddan “Azərbaycan müəllimi”nə bildirilib ki, imzalanma tədbirindən öncə keçirilən görüşdə TTKF-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Fondun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, bu günə kimi Fondun elektron portalına 54 minə yaxın müraciət daxil olmuş, 43 mindən çox TTK müqaviləsi rəsmiləşdirilmişdir. Daha çox şəxsin təhsil tələbə kreditindən yararlanması üçün geniş potensialın olduğu, bu məqsədlə aparılan təbliğat və təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

BAAU-nun rektoru dosent Səyavuş Qasımov təhsil tələbə kreditlərinin tələbələrin akademik hədəflərinə çatmasına və maliyyə yükünün azaldılmasına dəstək verdiyini vurğulayıb və artıq BAAU-nun 600-dən çox tələbəsinin bu imkandan faydalandığını qeyd edib.

Ardınca Universitetin akademik-inzibati heyətinin və tələbələrin iştirakı ilə imzalanma mərasimi keçirilib. Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan S. Qasımov Universitetin bu əməkdaşlığa önəm verdiyini, Memorandumun əmək bazarının tələblərinə uyğun kadr yetişdirilməsində mühüm rol oynayacağını bildirib. B. Əzimov öz növbəsində, BAAU ilə imzalanan Memorandumun əhəmiyyətini vurğulayaraq, Fondun məqsədinin gənclərin arzusunda olduğu ali təhsili almasına dövlət dəstəyini və qayğısını göstərmək olduğunu qeyd edib. O, bu ali təhsil müəssisəsi ilə qurulan əməkdaşlığın təhsilalanların akademik və peşəkar inkişafında faydalı olacağına inandığını diqqətə çatdırıb. Universitetlə birgə həyata keçiriləcək layihələrin tələbələrin bilik və bacarıqlarının artırılmasına, karyera inkişafına yönəlmiş tədbirlərin onların əmək bazarına daha yaxşı hazırlanmasına əhəmiyyətli töhfə verəcəyi bildirilib.

BAAU-nun Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva tələbələrin təhsil tələbə kreditindən istifadəsi ilə bağlı statistikanı təqdim edib. O, bildirib ki, 2021-ci ildən indiyə qədər BAAU-dan 828 təhsilalanın müraciəti qeydə alınıb, onlardan 631 nəfərin müraciəti rəsmiləşib. Onlardan 258-i sosial, 373-ü isə standart təhsil tələbə krediti götürüb. Cari tədris ilində isə 206 müraciətin olduğu, onlardan 158 tələbənin müraciətinin rəsmiləşdiyi bildirilib.

1 /5

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.