Bütün xəbərlər
28 oktyabr, 14:36

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi 27 oktyabr tarixində Azərbaycan dilində 6-9 və 10-11-ci sinif məktəblilərindən ibarət olan komandalar arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə Respublika kubokunun finalını keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda Bakı, Sumqayıt, Gəncə, Qax, Şəki, Füzuli, Ağdam, Cəbrayıl, Quba, Lənkəran, Astara, Goranboy komandaları iştirak edib. Finala seçim oyununda yüksək nəticə göstərən və canlı regional kubok oyunlarında qalib gələn 6-9-cu sinifləri təmsil edən 13, 10-11-ci sinifləri təmsil edən 21 komanda iştirak edib. 

Final 3 turdan ibarət olub və komandalar 36 suala cavab tapmalı idilər. Qalib komandaları təqdim edirik:

6-9-cu siniflər üzrə:

1-ci yer: "Golden Humanitar", Humanitar fənlər təmayüllü məktəb-lisey, Bakı;

2-ci yer: "Sabahın gəncləri", Humanitar fənlər təmayüllü məktəb-lisey, Bakı;

3-cü yer: "Kvebek", Şəki Kimya biologiya təmayüllü lisey.

10-11-ci siniflər üzrə:

1-ci yer: “Dahilər” Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya; 

2-ci yer: "Zəkalar SR", 287 nömrəli "Zəkalar" liseyi, Bakı;

3-cü yer: "Tesla" Qax şəhər E.Babayev adında 4 nömrəli tam orta məktəb.

Qaliblər kubok, medal, diplom və kitab hədiyyələri ilə təltif ediliblər.

Qeyd edək ki, “Təhsil Oyunları Platforması” layihəsi 2020-ci ildən başlayaraq məktəblilərin təhsilə marağının artırılması məqsədilə əyləncəli tədris formatında onlayn və canlı intellektual oyunlar keçirir. Layihə bütün respublikanı əhatə edir.

1 /1

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.