Bütün xəbərlər
29 oktyabr, 10:08

“Qadın Tədqiqatçılara Dəstək” mövzusunda onlayn vörkşop keçirilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikası 1 il müddətinə (sentyabr 2024-sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib. 

Bu çərçivədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və “RASIT”-in birgə əməkdaşlığı ilə 24-25 oktyabr tarixlərində “Qadın Tədqiqatçılara Dəstək” mövzusunda onlayn vörkşop təşkil olunub. Vörkşopda EATDA-nın direktoru Ülkər Səttarova, “RASIT”in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, eləcə də  21 ölkədən 150-ə yaxın magistrant və doktorant və peşəkar qadın tədqiqatçılar iştirak ediblər.

2 gün davam edən vörkşopda “RASIT”-in Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi professor Joumana Toufaily, Bakı Dövlət Universitetinin kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova, ABŞ-nin Sent-LuisVaşinqton Universitetinin professoru Aytəkin Hüseynli, Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Çinin Pekin Texnologiya Universitetində tədqiqat aparan doktorant İlahə Balakişiyeva və “2007-2015 Dövlət Proqramı”nın məzunu Edinburq Universitetinin doktorantı Günel Ağabəyli “Elmin inkişafında qadın tədqiqatçıların rolu” və “Tədqiqat işlərinin maliyyələşdirilməsi üçün yazı bacarıqlarının inkişafı, eyni zamanda elmdən startaplara” mövzularında elmi-praktik mühazirələr ilə çıxış ediblər.

Həmçinin vörkşopda qadın tədqiqatçıların elmi biliklərinin ictimaiyyətin inkişafındakı rolu vurğulanıb, elm və startapın inteqrasiyası, tədqiqat metodologiyaları sahəsində xanım tədqiqatçıların məlumatlandırılması və digər mövzular üzrə akademik müzakirələr aparılıb.

1 /4

Şərhlər

Xəbər lenti

20 oktyabr, 11:33

“bp Azərbaycan”dan gənclər üçün fürsət

20 oktyabr, 11:30

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert müsabiqəsi elan olunur

20 oktyabr, 11:13

ICESCO rəsmisi: İqlim fəaliyyətinin təhsil proqramlarına salınması üçün səy göstərilir

20 oktyabr, 11:02

Məryəm Qafarzadə: Ekoloji məsuliyyəti təhsil sistemlərinin mərkəzinə qoymalıyıq

20 oktyabr, 10:49

ICESCO rəsmisi: Gələcək nəsilləri necə öyrətdiyimizə yenidən baxmalıyıq

20 oktyabr, 10:40

Sudan səmərəli istifadə maarifləndirmənin mühüm istiqamətlərindəndir – Nazir müavini

20 oktyabr, 10:31

Həsən Həsənli: Qarşılıqlı əməkdaşlıq olmadan qlobal çağırışların öhdəsindən gəlmək mümkün deyil

20 oktyabr, 10:29

Ölkəmizdə müəllimlərin peşəkar inkişafı necə təşkil edilir?

20 oktyabr, 10:28

“Müstəqil türk dövlətlərində dil siyasəti” – Monoqrafiya Qarabağ Universitetinin mühüm elmi nəticələrindəndir

20 oktyabr, 09:43

UNEC “Webometrics” reytinqində ölkə birincisi oldu

20 oktyabr, 09:41

QHT Əməkdaşlıq Forumu iştirakçıları Qarabağ Universiteti ilə tanış olub

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.