Bütün xəbərlər
30 oktyabr, 12:38

COP29 çərçivəsində 29 oktyabrda Təhsil İnstitutu və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “COP29 ekoloji və sosial-iqtisadi davamlılığın təminatçısı kimi” mövzusunda “dəyirmi masa” keçirilib və “Yaşıl kitablar” adlı virtual kitab sərgisi təşkil olunub.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin moderatoru ARTİ-nin şöbə müdiri dosent Aynur Paşayeva təhsil müəssisələrində iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyalarının aparılmasının vacibliyindən danışaraq bu “dəyirmi masa”nın təşkilinin gənclər, tələbələr üçün maraqlı və düşündürücü olacağını vurğulayıb, “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycan üçün iqtisadi, siyasi, elmi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, ölkəmizdə iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsinə, “yaşıl iqtisadiyyat”a keçidə xüsusi diqqət ayırır və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi iqtisadi-siyasi davamlılığının təminatına yönələn vacib amillərdir.

Tədbirə cəlb olunan UNEC-in dosenti Kəmalə Nəcəfova “COP29 və iqlim dəyişikliyi ilə mübarizənin iqtisadi təsiri” mövzusunda məruzə edərək COP29-u iqlim dəyişikliyinə qarşı qlobal tədbirlərin sosial-iqtisadi təsirlərini müzakirə edən bir zirvə kimi dəyərləndirib. Çıxış zamanı bərpa olunan enerjinin genişləndirilməsi, “yaşıl iş yeri”nin yaradılması, karbon emissiyalarının azaldılması ilə əlaqədar olaraq iqtisadi struktura, həyat tərzinə əhəmiyyətli dəyişikliklər edəcəyi, sosial bərabərliyə, ekoloji məsuliyyətin artırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

ADU-nun müəllimi Aysel Nəhmətova “Qarabağın ekoloji cəhətdən bərpası və sosial-iqtisadi inkişaf” mövzusunda maraqlı çıxış edərək qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ ərazisində təbii resursların ekoterrora məruz qalması, su ehtiyatlarının, çayların kəskin çirklənməsi, ağacların kəsilməsi, meşələrin məhv edilməsi iqlim dəyişikliyinə yol açan qlobal istiləşməyə, torpaq eroziyasına, daşqınlara, flora və faunanın müxtəliflik itkisinə səbəb olub. Bütün bunlara baxmayaraq, Milli Strategiyamıza əsasən ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii resurslardan düzgün istifadəsi, Qarabağda “yaşıl enerji zona”sının yaradılması prioritet məsələlərdəndir.

Dəyirmi masada ARTİ-nin baş mütəxəssisi Fatma Sofiyeva “COP29: mahiyyəti və əhəmiyyəti” mövzusunda çıxış edərək iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsinə toxunub və iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən bəhs edib.

UNEC-in müəllimi Cəmilə Həsənova “İqlim dəyişikliyi siyasətinin sosial ədalətə və iqtisadi bərbərsizliyə təsiri: COP29 perspektivləri” mövzusu ətrafında COP29-un sosial ədalətə təsiri, iqlim siyasətində bərabərsizliyin aradan qaldırılması, iqlim dəyişmələrinə qarşı mübarizədə ədalətli yanaşmaların formalaşması, daha dayanıqlı və ədalətli bir cəmiyyətin yaranması kimi bir sıra məsələlərə toxunub.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin kitabxana müdiri Arzu Məmmədova “Yaşıl Kitabxana” konsepsiyası əsaasında dünyanın ekoloji təmiz, xüsusi qaydalarla yaradılmış və məqsədli xidmətləri ilə seçilən kitabxanaları, eləcə də insan sağlamlığına təsir edən, ciddi fəsadlar yarada bilən nəşrlər barədə geniş danışıb.

Tədbirin sonunda yaradıcı tələbələrin “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”nə aid rəsm əsərləri nümayiş etdirilib.

1 /1

Şərhlər

Xəbər lenti

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.