Bütün xəbərlər
14 noyabr, 12:50

Qırmızı Ürəklər Fondu və Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fonduməlumat yayıb.

Bildirilib ki, memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verərək, sırf təqaüd layihələrinə hər zaman xüsusi diqqətin ayrıldığını bildirib. Belə ki, Fondun ilk layihələrindən birinin məhz “Hənifə Məlikova-Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının olduğu, ilkin olaraq qızların sayının 25, qısa müddət ərzində isə artıq 300-dək çatdığı vurğulanıb.  

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov Fondun artıq üçüncü ildir ki, sosial həssas qruplardan olan gənclərin təhsilini dəstəkləyən “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı”nı həyata keçirildiyini və bu günə qədər 51 nəfər tələbənin proqramdan yararlandığını qeyd edib. Yusif Poladov proqramın əsas məqsədinin savadlı və istedadlı gənclərin inkişafına dəstək olmaq, gələcəkdə cəmiyyətə faydalı vətəndaşlar yetişdirmək olduğunu vurğulayıb.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondunun başlatdığı “Onu oxut” ianə toplama aksiyası çərçivəsində 2024/2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd veriləcəkdir.

1 /6

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.