Bütün xəbərlər
14 noyabr, 17:13

Bu gün COP29 çərçivəsində “Maliyyə, investisiya və ticarət günü” təşkil edilib. COP29 Prezidenti, BMT və müxtəlif beynəlxalq qurumların təşkilatçılığı ilə müxtəlif iclaslar və tədbirlər həyata keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Suveren Fondların Beynəlxalq Forumu (SFBF) ilə birgə COP29 çərçivəsində “Yaşıl enerji keçidinin maliyyələşdirilməsi istiqamətində qlobal suveren fondların rolu” mövzusunda panel sessiyada  tematik gündəmə uyğun olaraq müzakirələr aparılıb. 

Tədbirdə “Ithmar Capital” şirkətinin icraçı direktoru SFBF-nin sədri Obaid Amrane və ARDNF-nin icraçı direktoru SFBF-nin sədr müavini İsrafil Məmmədov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak ediblər.

Çıxışçılar suveren sərvət fondlarının (SSF) iqlim dəyişikliyinin qarşısını almaqda uzunmüddətli investisiya strategiyaları ilə oynadığı əhəmiyyətli rola xüsusi diqqət çəkiblər.

Həmçinin bərpa olunan enerjinin artırılması və enerji səmərəliliyinin inkişafı üçün investisiyaların artırılması məsələsi müzakirə edilib.

İqlim dəyişikliyinə qarşı fəaliyyət və bu sahədə inkişaf üçün beynəlxalq əməkdaşlığın təşviqinin mühüm olduğu vurğulanıb.

Tədbirin məqsədi iştirakçı ölkələrin və tərəfdaş təşkilatların iqlim dəyişikliyi ilə mübarizə aparmaq və ekoloji dayanıqlılığı təşviq etmək üçün ortaq səylərini birləşdirmək olub. Həmçinin qlobal liderləri bir araya gətirərək, SSF-lərin dayanıqlı maliyyənin inkişafına və aşağı karbonlu iqtisadiyyata keçid prosesinə dəstəyini, o cümlədən bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi məqsədi daşıyıb.

Müzakirələr panel sessiyalarla davam etdirilib.

1 /8

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.