Bütün xəbərlər
18 noyabr, 11:46

"İqlim dəyişikliyi ilə mübarizədə ən güclü yanaşma yeni məlumatlara əsaslanan qərarlar qəbul etməkdir. Bu yeniliklər yalnız təbiətin bərpası ilə bağlı anlayışları deyil, həm də davamlı inkişafa töhfə verəcək".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün təhsilə investisiya: Erkən inkişafın və ekoloji savadlılığın gücləndirilməsi" mövzusunda təşkil olunan paneldə söyləyib.

Leyla Əliyeva iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərə xüsusi diqqət yetirilməli olduğunu bildirib:

"Biz Qafqazda da iqlim dəyişikliyinin təsirlərini müşahidə edirik. Buna görə də tullantıların təmizlənməsi, təbiətin qorunması və təhdid altındakı növlərin müəyyən edilməsi istiqamətində genişmiqyaslı işlər görülür.

İnsanların təbiətlə birbaşa ünsiyyət qurması onların təbiəti qorumağa cəlb edilməsinin ən yaxşı yoludur.

Eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə texnologiya və dillərin inteqrasiyası olduqca vacibdir. Parkların, qoruqların və digər təbiəti mühafizə zonalarının düzgün idarə olunması və təbii sərvətlərin qorunması üçün yeni yanaşmaların tətbiq edilməsi zəruridir.

İqlim dəyişikliliyi digər sahələrlə yanaşı, enerji və onun səmərəliliyinə birbaşa təsir edir. İnanıram ki, COP29 bu fəaliyyət ətrafında dönüş nöqtəsi ola biləcək", - deyə Leyla Əliyeva bildirib.

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.